ABŞ-da növbəti silahlı insident olub, ölənlər var

ABŞ-da növbəti silahlı insident...
###reklam250###

ABŞ-ın Oklahoma ştatında super marketdə silahlı insident baş verib. Atışma nəticəsində bir neçə nəfərin ölüdüyü bildirilir.

APA-nın “Fox News”a istinadən verdiyi məlumata görə, insident ştatın paytaxtından 120 km uzaqlıqda yerləşən Dunkan qəsəbəsində qeydə alınıb.

Polisin ilkin məlumatına görə, atışma nəticəsində 3 nəfər həyatını itirib, ölənlərin sayı arta bilər.

Hadisənin təfərrüatları məlum deyil.

pia.az