Cem Yılmaz Fəxri xiyabanda - Fotolar

Türkiyənin stəndap ulduzu, komediya aktyoru Cem Yılmaz dünən Fəxri xiyabanı və Şəhidlər xiyabanındakı Türk şəhidliyini ziyarət edib...
###reklam250###

“Qafqazinfo” xəbər verir ki, o, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad edib. Cem sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anaraq məzarı üzərinə gül dəstələri qoyub.

Qeyd edək ki, C. Yılmaz 16-17 noyabr tarixində Bakı Konqres Mərkəzində stəndap şousu ilə çıxış edib.

pia.az