Qazaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub
###reklam250###
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"QAZ-53" və "QAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.
Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az