“Bizi məmurların qarşısında tək və kimsəsiz buraxmayın” - Sumqayıt sakinləri Prezidentə müraciət etdi

Sumqayıtda acınacaqlı şəraitdə yaşayan sakinlərə köhnə daxmalarından çıxmaq tələb olunub
###reklam250###

PİA.az bildirir ki, konkret.az-ın  redaksiyasına  ünvanlanan müraciətə  əsasən, Sumqayıtda H. Z. Tağıyev (köhnə adı “Nasosnı”) qəsəbəsində taxta komalarda yaşayan sakinlərə oturduqları daxmalarından çıxmaq tələbə olunur.

Sakinlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən şikayətçidirlər. Məmurların əlindən cana gələn sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət ediblər. Onlar bildirir ki, hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyiblər.

Belə ki, sakinlərə ərazidə qanunsuz yaşadığı deyilir. Onlar isə uzun illər kommunal haqqı ödədiklərini, hətta yaxınlıqda bir ailəyə Heydər Əliyev Fondunun dəstəyilə ev tikilib verildiyini söyləyirlər. Sakinlərin sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsi də onların əleyhinə qətnamə çıxarıb. Həmin qətnaməni əlində bayraq tutan polis və icra məmurunun onlara hədə qorxu gələrək evlərindən çıxarmaq istədiklərini deyiblər. Bütün dövlət qurumlarına müraciət etdikərini deyən sakinlər dövlət başçısından dərdlərinə çarə gözləyirlər. Soyuq qış günlərində çöldə qalmaq istəməyən şəhər sakinləri qalmaq üçün yaşayış yeri və kompensasiya istəyirlər.

pia.az