Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var

Göygöl rayonunda yol qəzası baş verib...
###reklam250###

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Elnur Fazil oğlu Qocayev və daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az