Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir

Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib...
###reklam250###

Təlim çərçivəsində qoşunların səfərbərlik ehtiyatları ilə komlektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktiki fəaliyyət göstərib.

Müdafiə Nazirliyindən PİA.az-a verilən məlumata görə, məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.

Hərbi qərarqəbuletmə prosesinə uyğun olaraq əsas komanda məntəqəsində keçirilən brifinqdə Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı idarə və qoşun növü rəislərinin məruzələrini dinləyib, qərarın qəbulu üçün lazımi hesabatların aparılmasına və əlavə tədbirlərin görülməsinə göstəriş verib.

pia.az