Maykl Ceksonun kraliçaya göndərdiyi “sirli” məktublar

Cangüdəni danışdı...
###reklam250###

Pop musiqisinin kralı Maykl Cekson kraliça II Elizabetə dəfələrlə məktubla müraciət edib.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müğənninin keçmiş cangüdəni açıqlama verib.

İddiaya görə, məşhur müğənni cəngavərlik titulu almaq üçün Böyük Britaniya kraliçasına müraciət edib. M.Ceksonun şahzadə Diana ilə dostluğuna baxmayaraq, Elizabet onun müraciətlərini cavablandırmayıb. Cavab almadığını görən Cekson yüksək vəzifəli siyasətçidən yardım istəsə də, bunun bir faydası olmayıb.

“Onun ən böyük arzusu kraliçadan fəxri ad almaq olub”, – deyə mərhum ifaçının Cangüdəni bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarından olan dünyaca məşhur müğənni Maykl Cekson 2009-cu ildə Los-Ancelesdə, 50 yaşında dünyasını dəyişib.

pia.az