Göyçayda üçotaqlı ev yanıb külə döndü

Göyçayda yanğın faktı qeydə alınıb...
###reklam250###

FHN-dən verilən məlumata görə, rayonun Çayarxı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, üçotaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 144 m² olan talvarın altına yığılan 4400 ədəd taxta taradan 500 ədədi yanıb.

Talvar və taraların qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

pia.az