Qazaxda toy karvanında silahdan atəş açılıb - Foto

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb
###reklam250###

PİA.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan "VAZ-2106" markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

pia.az