Rusiyalı futbolçu ilə İtaliya nəhəngləri mübarizə aparacaq

"Lokomotiv"in futbolçusu Aleksey Mirançuk İtaliya klublarının diqqət mərkəzinə düşüb
###reklam250###

PİA.az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "Yuventus", "Napoli" və "Milan" yaxından maraqlanır.

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Lokomotiv" - "Yuventus" oyununda (1:2) hər 3 klubun skautlarının Mirançuku izlədiyi bildirilib.

Bu mövsüm 15 oyuna çıxan Mirançuk 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Moskva klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Transfer dəyəri 16 milyon avro olan yarımmüdafiəçi Rusiya milli komandasına da dəvət alır.

pia.az