Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib
###reklam250###

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri - Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

pia.az