Bakı ötən gecə üç rəngli bayraq rənginə boyandı -Foto,Video

Bakının bəzi bina və abidələri Azərbaycan bayrağı ilə işıqlandırılıb...
###reklam250###

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətlə Bakı şəhərindəki bir sıra binalar və abidələr Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Məlumata görə, “Qız Qalası”, eləcə də “Alov Qüllələri”, “Bakı Kristal Zalı”, Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb.

Həmçinin gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntü yaranıb.(Report)

pia.az