Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
###reklam250###

PİA.az xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti , Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

pia.az