Binəqədidə 56 yaşlı piyadanı maşın vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
###reklam250###

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü İsayeva Sevda Musa qızı yolu keçmək istəyərkən maşın onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın və çənənin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub və şöbəyə yerləşdirilib.(Report)

pia.az