ABŞ təkzib etdi: İranın vurduğu PUA bizə məxsus deyil

İranın hava məkanında vurulan pilotsuz uçuş aparatı (PUA) ABŞ Silahlı Qüvvələrinə məxsus deyil...
###reklam250###

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

“İranın hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı yayılan informasiyalar yanlışdır”, - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, bu gün İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.

pia.az