Ermənilər Qarabağ pulu hazırlayırlar - Foto

Separatçı rejimin reklamı məqsədilə 0 euroluq əskinas hazırlanır...
###reklam250###

Fransa və Almaniyadakı ermənilərin diaspor təşkilatı Dağlıq Qarabağdakı separatçı rejimin reklamı məqsədilə 0 euroluq əskinası satışa hazırlayırlar.

Milli.Az bidirir ki, suvenir kimi sifariş olunan əskinas Almaniyada, "Euro-souvenirscheine" şirkətinə sifariş verilib. Əskinaslar 5 min tirajla noyabrın 11-də satışa çıxarılacaq.

"AMAB-2019-1" saylı sifarişlə hazırlanan suvenir əskinasların üzərində "Artsax Respublikası" yazısı və ermənilərin Xankəndidə ucaltdıqları abidənin rəsmi var.

Müşayiət yazısında "Dağlıq Qarabağın Azərbaycan işğalından qurtularaq müstəqil dövlət" olduğu yazılır.

pia.az