“Barselona” uduzub, Madrid klubları heç-heçə edib

İspaniya La Liqasında XII tur başlayıb
###reklam250###

İlk oyun günündə 4 matç baş tutub.

Çempionatın lideri “Barselona” “Levante” ilə qarşılaşmada hesabı açsa da, 8 dəqiqəyə buraxdığı üç qolla uduzub. Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” “Atletiko” ilə heç-heçə edib.

Sonuncular kimi digər Madrid klubu “Real” da “Betis”lə bərabərə qalıb. “Valensiya” isə səfərdə “Espanyol”a qalib gəlib.

Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.

İspaniya La LiqasıXII tur2 noyabr“Espanyol” – “Valensiya” – 1:2Roça, 31 (pen.) – Parexo, 69 (pen.), Qomes, 80“Levante” – “Barselona” – 3:1Kampana, 61, Mayoral, 63, Redoya, 68 – Messi, 38 (pen.)“Sevilya” – “Atletiko” – 1:1Vazkes, 28 – Morata, 60“Real” – “Betis” – 0:0  (APA)

pia.az