YPG/PYD bomba yüklü maşını partlatdı: 13 dinc sakin həlak oldu, 20 yaralı var

Suriyanın şimalında yerləşən və hazırda Türk ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub...
###reklam250###

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb: “Nəticəıdə 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”.

Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə “Brış Pınarı” əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən dünən sərhəddən on kilometr dərinlikdə Türkiyə hərbçilərinin və Rusiya hərbi polisinin birgə patrulu başlayıb.

pia.az