Türkiyədə İnterpolun axtardığı iki təhlükəli terrorçu yaxalanıb

Türkiyənin Kilis bölgəsində yanlarında 3 uşağın da olduğu iki qadın şübhəli qismində saxlanılıb
###reklam250###

Şübhəli qadınlar Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar. Araşdırma zamanı məlum olub ki, Rusiya vətəndaşı olan qadınlar İŞİD terror qruplaşmasının üzvü kimi İnterpol tərəfindən axtarışdadır. Hələlik onların hansı ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi bildirilmir.

Digər bir məlumata görə, ölkənin Siirt bölgəsində də İŞİD terror təşkilatının fəal üzvləri həbs olunub. Bildirilir ki, təhlükəsizlik qüvvələri tərəfindən oktyabrın 25-də şübhəli qismində həbs olunan 8 nəfərin dördünün İŞİD terrorçusu olduğu sübut edilib. (azərtac)

pia.az