Müsəlmanlar doğuş maşını kimidir, hətta müharibədə belə...

Müsəlman aləminin əsas istehsal sahəsi uşaq doğmaqdır və onların evləri doğuş fabrikinə bənzəyir...

Lütfü Oflaz

“The Independent” qəzeti, 30 oktyabr 2019-cu il

Müsəlman elm, texnologiya istehsal etməz. Yəni bunları yaratmaq üçün baş sındırmaz, güc sərf etməz. Halbuki xristian amerikalı, avropalı və ruslar elmə öz töhfələrini verirlər.

Şintoizmə inanan yaponlar da, yəhudilər də, dinsiz deistlər və Allaha inanmayan ateistlər də texnologiya yaradır.

Velosipeddən təyyarəyə, televiziyadan telefona, robotlardan süni intellektə qədər insan həyatını asanlaşdıran bütün vasitələri bu insanlar yaradır.

Xəstəliklərə çarə tapan tibbi vasitələri də həmin insanlar istehsal edir. Müsəlmanlar isə təkcə uşaq istehsal edir. Hətta müsəlman aləmində müharibə davam edərkən də bol-bol uşaq doğurlar.

Təsəvvür edin ki, Əfqanıstandan İraqa, Suriyadan Yəmənə qədər bir çox müsəlman ölkəsində toqquşmalar və müharibələr hökm sürür. Amma müharibə şəraitində belə müsəlmanların uşaq istehsalı azalmır. Hətta müsəlmanlar öz ölkələrindən qaçıb, başqa ölkələrə sığınanda belə çoxalmaqdan əl çəkmirlər.

Məsələn, ölkələrindəki müharibədən qaçıb Türkiyəyə sığınan suriyalıları götürək. Türkiyəyə yeni gələn zaman suriyalı uşaqların sayı yarıbayarı idi. Bu uşaqların da bir qismi müharibə şəraitində dünyaya gətirilmişdi. Lakin görünür, bu qədər uşaq onlara kifayət etməyib. Suriyalılar Türkiyəyə sığındıqdan sonra da uşaq istehsal etməyə davam etdilər. 5 uşaqla Türkiyəyə gələn suriyalı buna 3 uşaq da əlavə edib. Türkiyədə hazırda çox sayda suriyalı uşaq dünyaya gəlir.

Rəsmi məlumata görə, ildə 187 min suriyalı uşaq doğulur. Amma qaçqın olduğu halda, uşaq doğmağa davam edənlər, yəqin ki, bu uşaqların necə qidalanacağını heç düşünməyib. Çünki müsəlmanlar hər dəqiqə uşaq yaradarkən bu uşaqların necə yaşayacağını düşünmürlər. “Allah Kərimdir, uşağın ruzisini verər”, deyirlər.

Halbuki Birləşmiş Millətlər Təşkilatının verdiyi hesabata görə, bu gün dünyada hər 9 nəfərdən biri aclıqdan ölmək riski daşıyır. Bu gün dünyada hər 5 saniyədə 1 uşaq aclıqdan ölür. Bu ölənlərin də, demək olar, hamısı müsəlman ölkələrindəki uşaqlardır.

Məsələn, Yəməndə 85 min uşaq aclıqdan ölüb, 1 milyon uşağın da ölümünə çox az qalıb. 4 milyon uşaq da aclıq ucbatından ölüm riski daşıyır. 

Amma bu faktlara baxmayaraq, müsəlmanlar çoxalmağa davam edirlər. Çünki İslam ölkələrində din adamları və dindən istifadə edən dövlət adamları: “Uşaq doğmaqdan qorxmayın, çoxlu uşağınız olsun. Allah onların ruzisini verəcək”, deyirlər.

Hər məsələdə olduğu kimi, bu mövzuda da düşüncə inqilabına ehtiyac var. Dindən istifadə edən hər kəsin məsləhət verdiyi müsəlman dünyasında yüz minlərlə uşağın aclıqdan öldüyünü başa düşmək lazımdır. Bacardığımız qədər yox, baxa biləcəyimiz qədər uşaq dünyaya gətirməliyik. 

Hətta tək problem uşağa baxıb, qidalandırmaq da deyil. Həmçinin, onlara yaxşı bir təhsil və insan kimi yaşamaları üçün parlaq bir gələcək də vermək lazımdır. Çox uşaq yox, təhsilli və bacarıqlı uşaq böyütmək daha önəmlidir. Uşaq istehsal etmək üçün yox, elm və texnologiya yaratmaq üçün çalışmalıyıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az