Flippində güclü zəlzələ baş verib, ölənlər var

Flippinin cənubundakı böyük Mindanao adasında baş verən 6,6 bal gücündəki zəlzələ nəticəsində 9 nəfər ölüb, 40-dan çox insan xəsarət alıb...
###reklam250###

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ mərkəzi Kotaboto əyalətinin Tulunan şəhəri yaxınlığında, Manilanın 972 kilometr cənubunda, 10 kilometr dərinlikdə baş verib.

Vulkanologiya və Seysmologiya İnstitutundan yeraltı təkanlar nəticəsində tsunami təhlükəsinin hələlik olmadığı barədə məlumat verilib.

Təbii fəlakət nəticəsində adanın müxtəlif bölgələrində dağıntılar qeydə alınıb.

pia.az