“Qarabağ”dan növbəti qələbə - Yenilənib

Qarabağ növbəti qələbəsini qazanıb...
###reklam250###

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.

“Yeni Sabah” xəbər verir ki, turun son oyununda lider "Qarabağ" "Səbail"i qəbul edib. Orxan Məmmədovun idarə edəcəyi matçın taleyini Qara Qarayevin son dəqiqələrdə vurduğu qol həll edib. "Qarabağ" növbəti qələbəsini qazanaraq liderliyini davam etdirib.

Xatırladaq ki, bu turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Keşlə” - “Qəbələ” 2:1, “Sabah” - “Zirə” 2:2, “Sumqayıt” - “Neftçi” 2:4.

Azərbaycan Premyer Liqası

9-cu tur

28 oktyabr

19:00. “Qarabağ” – “Səbail” - 1:0

Qol: Q.Qarayev, 86

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli

Tofiq Bəhramov adına Respublika stadionu

pia.az