Bərdədə traktorla yük avtomobili toqquşub, xəsarət alanlar var - Foto

Bərdə rayonunda yol qəzası baş verib...
###reklam250###

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Hüseyinbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü Vaqif Qurban oğlu İbrahimovun idarə etdiyi "QAZel" markalı yük avtomobili Bərdə rayonunun Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktorla toqquşub. Nəticədə "QAZel"in sürücüsü və sərnişini, 1960-cı il təvəllüdlü Hikmət İsa oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az