Bakıda yeniyetmə iki kişini bıçaqladı

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib...
###reklam250###

Hadisə oktyabrın 25-də, gecə saat 23-də, Qambay Vəzirov küçəsində qeydə alınıb.

Belə ki, 17 yaşlı Məmmədov Qulu Ramik oğlu aralarında yaranmış mübahisə nəticəsində 30 yaşlı Osmanov Pərvin Xanlar oğlunun döş qəfəsinə, 24 yaşlı Abbaslı Nihat Ehtiram oğlunun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Q.Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az