Soros Trampı devirmək üçün hərəkətə keçir – Sensasion iddia

Amerikalı milyarder, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros gələn il keçiriləcək prezident seçkisində demokrat senator Elizabet Varreni dəstəkləyəcək
###reklam250###

PİA.az xəbər verir ki, bu barədə Sorosun özü açıqlama verib.

2016-cı ildə keçirilən seçkidə hazırkı Prezident Donald Trampa qarşı keçmiş dövlət katibi Hillari Klintonun namizədliyini dəstəkləyən Corc Soros seçkidən sonra etiraz aksiyalarına dəstək verməsi səbəbindən 1 milyard dollar itirmişdi.

Etirazçılar Sorosa bağlı fondlardan adambaşına 2500 dollar alırdı.

ABŞ mediası Sorosun bu dəfə Trampı yola salmaq üçün bütün vasitələrə əl ata biləcəyini yazır. (Teleqraf.com)

pia.az