“Mercedes”lə “06” toqquşdu - İkisi uşaq olmaqla 5 yaralı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər xəsarət alıb
###reklam250###

PİA.az xəbər verir ki, Goranboy rayonu Səfikürd kəndində “VAZ 21 06” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Belə ki, ikisi azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Axundov Nizami Qüdrət oğlu, onun 2009-cu il təvəllüdlü qızı Axundova Səidə Nizami qızı, 2017-ci il təvəllüdlü İsgəndərli Günəş İslam qızı, 1995-ci il təvəllüdlü Behbudzadə Pərvanə Eyyub qızı və 1990-cı il təvəllüdlü İsgəndərov İslam Rəvayət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib.

Yaralılardan Nizami Axundovun vəziyyəti ağır olduğundan Gəncədəki klinikalardan birinə göndərilib. Digər yaralılar isə lazımi tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

pia.az