"Ronaldunun “Qızıl top”u qazanacağına ümid edirəm"

"Yuventus"un prezidenti Andrea Anyelli açıqlama verib
###reklam250###

PİA.az goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora"nın hazırkı vəziyyəti ilə bağlı danışan klub rəhbəri, hücumçu Kriştianu Ronaldu ilə bağlı da açıqlama verib:

""Yuventus" hazırda İtaliyanın ən böyük klubudur, eyni zamanda Avropanın ən böyük komandalarından biridir. İdarəetmə modelimiz böyük məsuliyyətlərdən ibarətdir, nəticə əldə etmək üçün birlikdə çalışmalıyıq. Komanda olaraq inkişaf etməyimizi UEFA reytinqi də təsdiqləyir. Hazırda 5-ci pillədəyik, amma 4-cü yerə qalxmaq üçün güclü təməlimiz var. Yeni loqotipimiz də hər yerdə tanınır.

Bundan başqa, heyətimizə Ronaldu kimi bir futbolçu cəlb etdik. Onun "Qızıl top"u qazanacağına ümid edirəm, çünki o, buna layiqdir".

pia.az