Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
###reklam250###

APA-nın məlumatına görə, qəza Babək prospektində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 30-35 yaşlı Sabir Rzayevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az