Azərbaycanda universitetlərin dərs proqramları zamanın tələblərinə cavab verir?

Azərbaycanın özəl universitetlərində təhsil haqqı heç də aşağı deyil, əksinə çox yüksəkdir. Buna baxmayaraq özəl universitetlər maddi bazalarının yaradılması və inkişafı ilə bağlı heç bir addım atmırlar...
###reklam250###

Təhsil eksperti: “Bütün universitetlərimiz maddi texniki bazalarını yeniləməlidirlər. Çünki universitetlərin hal-hazırda labaratoriyaları, infrastrukturları, mühazirə mətinləri keçən ərsdən qalıb”.

“Təəssüflər olsun ki, bu gün ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər universitetlər təyinat vermir. Bir çox hallarda onlar heç məzunlarının sonrakı taleyi ilə də maraqlanmırlar”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov universitetlərdə dərs proqramlarının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda universitetlərin dərs proqramlarının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilir. Bunu onunla əsaslandırarlar ki, universitetlərdə iş təcrübəsi ilə bağlı ciddi problemlər var və tələbələr diplom aldıqdan sonra təcrübəsiz olduqları üçün əmək bazrında özlərinə iş tapa bilmirlər.

Azərbaycan universitetlərinin əsas problemlərindən biri isə ali təhsil ocaqlarımızda maddi bazanın ya çox zəif olması, ya da heç olmamasıdır. Bu sahədə bizim universitetlər dünya universitetləri arasında sonuncu yerlərdən birini tutur desək, yanılmarıq. Maraqlıfır ki, Azərbaycanın özəl universitetlərində təhsil haqqı heç də aşağı deyil, əksinə çox yüksəkdir. Buna baxmayaraq özəl universitetlər maddi bazalarının yaradılması və inkişafı ilə bağlı heç bir addım atmırlar. Bu iş üçün pul xərcləmirlər. Onda təbii olaraq ortaya çıxan mənzərədən belə çıxır ki, universitetlərin təsisçiləri daha çox pul qazanmağa çalışırlar və maddi bazanın yaraılması və təhsilin keyfiyyətinin artırılması onların maraq dairəsinə aid deyil.

Bir çox universitetlər isə ümimiyyətlə sovet dönəmindən qalma dərs proqramı ilə çalışmağa üstünlük verirlər. Bu da Azərbaycan universitetlərində kadr hazırlığının keyfiyyətinin aşağı olmasında xüsusi rol oynayır. Bir çox hallarda isə universitetlər sadəcə diplom verməklə öz işlərini bitmiş hesab edirlər.

Universitetlərin dərs proqramlarının dəyişdirilməsini aktual hesab etmk olar və bu olarsa, gənclərin işlə bağlı yaşadıqları problemlər öz həllini tapa bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müakirə edib.

Kamran Əsədov: “Bütün unibersitetlərimizin dərs proqramlaraı köhnəlib, onları müasir dövrün və əmək bazarının tələblərinə uyğunlaşdırmalıdırlar”.

Bütün universitetlərimizin maddi texniki bazalarınının yeniləməli olduğunu bildirən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, universitetlərin hal-hazırda labaratoriyaları, infrastrukturları, mühazirə mətinləri keçən ərsdən qalıb. Universitetlərimiz dərs proqramlarını, mövzuları, dərslikləri dəyişməlidirlər:

“İlk növbədə qeyd edim ki, müasir dünyanın çağırışları şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlilik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb. Dünyanın nüfuzlu ali məktəblərində tətbiq olunan təhsil proqramları və sillabusları ilə bağlı hər il əmək bazarının tələblərinə və müasir standartlara uyğunlaşdırılır. İxtisas kafedraları ilə birlikdə bakalavriat və magistratura səviyyələri üzrə tədris standartlarını məhz onların tələblərinə uyğun şəkildə təmin edirlər. Məhz ona görədir ki, həmən univeristetlərin beynəlxalq nüfuz yüksəkldir və məzunlarının hamısı işlə təmin olunur, əmək bazarında uğur əldə edirlər.

Bizdə isə yerli müəlliflərin yazdığı dərsliklərin keyfiyyətsiz olması və əksər hissəsini plagiatın olmasını müşahidə edirik. Azərbaycan ali təhsil müəssisələrinin işəgötürənlər arasında nüfuzu, onlar ilə əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməs kimi prinsiplərə uyğun gəlmədini görürük. Demək olar ki, heç bir universitet əmək bazarını araşdırmır, onlarla əməkdaşlıq etmir. Hal-hazırda işəgötürən ölkə universitetlərin məzunları arasında özünə layiq bildiyi mütəxəssisi axtarıb tapa bilmir. Universitetlərimiz tələbələri yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək gücnə malik deyil.

Kamran Əsədov: “Demək olar ki, heç bir universitet əmək bazarını araşdırmır, onlarla əməkdaşlıq etmir”.

Dünyanın ən yaxşı universitetlərinin çoxunun hər il yüksək nailiyyətləri olan məzunlar buraxmasına baxmayaraq, işəgötürənlər tez-tez narahatlıqla bildirirlər ki, akademik müəssisələr öz tələbələrini əmək bazarına hazırlamaq üçün kifayət qədər iş görmür. Məzunları əmək bazarında asanlıqla iş tapan ali məktəblərin siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir. Dünyanın ən nüfuzlu texnologiya yönümlü ali məktəbinin məzunlarına əmək bazarında xüsusi tələbat var. MIT bu il məzunların işlə təmin edilməsi keyfiyyətinə görə 4 pillə önə keçərək bu kateqoriyada ən yaxşı ali məktəb statusunu qazanıb. Ali məktəb həm də dünyanın ən yaxşı universitetlərinin qlobal reytinqinə də başçılıq edir.

Təəssüflər olsun ki, bu gün ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər universitetlər təyinat vermir. Bir çox hallarda onlar heç məzunlarının sonrakı taleyi ilə də maraqlanmırlar.

Ona görə də, hesab edirəm ki, bütün universitetlərimiz maddi texniki bazalarını yeniləməlidirlər. Çünki universitetlərin hal-hazırda labaratoriyaları, infrastrukturları, mühazirə mətinləri keçən ərsdən qalıb. Universitetlərimiz dərs proqramlarını, mövzuları, dərslikləri dəyişməlidirlər.

Bütün unibersitetlərimizin dərs proqramlaraı köhnəlib, onları müasir dövrün və əmək bazarının tələblərinə uyğunlaşdırmalıdırlar”.

Nərminə UMUDLUpia.az