“Qarabağ” – APOEL oyununun ən yaxşıları müəyyənləşib

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turundakı ən yaxşı və ən zəif futbolçuları bəlli olub...
###reklam250###

Xarici ekspertlər Ağdam klubunun futbolçularının APOEL-lə görüşdəki çıxışını dəyərləndirib.

2:2 hesabı ilə başa çatan qarşılaşmaya start heyətində çıxan “11-lik”lər 10 ballıq şkala ilə qiymətləndirilib. “Qarabağ”ın ilk qolunu vuran Dani Kintana təkcə komandasının deyil, oyunun ən yaxşısı olub – 9,6.

İnamsız çıxış edən qapıçı Asmir Beqoviç və rəqibin ikinci qolunda kobud səhv buraxan Rəşad Sadıqov Ağdam klubunun ən zəifləri sayılıblar. Təmsilçimizin orta qiyməti isə 6,97-yə bərabər olub. Rəqibdə bu rəqəm 6,58-dir.

Qarabağ 1. Asmir Beqoviç – 6,02. Qara Qarayev – 7,13. Aylton Silva – 7,65. Maksim Medvedev – 6,48. Miçel – 7,510. Dani Kintana – 9,614. Rəşad Sadıqov (k) – 6,017. Abdullah Zubir – 6,620. Riçard Almeyda – 7,455. Bədavi Hüseynov – 6,799. Queye Maqaye – 6,4

APOEL27. Vid Belets – 6,76. Savvas Gentoqlu – 5,88. Lukas Souza – 6,39. Linus Hallenius – 7,214. Uroş Matiç – 6,920. Andriya Pavloviç – 6,629. Praxitelis Vouros – 6,830. Giorqos Merkis – 7,044. Nkolas İoannou (k) – 6,190. Vujidan Saviç – 6,891. Draqan Mixayloviç – 6,4

pia.az