Bibisini qısqanclıq zəmində öldürənin işi məhkəmədə

Şəmkirdə bibisini qısqanclıq zəmində öldürməkdə təqsirləndirilən Ayxan Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
###reklam250###

PİA.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Şəmkir Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb. Ayxan Zamanov yaşadıqları evin həyətindəki hamamda bibisi, bir uşaq anası olan Aynurə Zamanovaya mətbəx bıçağı ilə çoxsaylı zərbələr vurub, daha sonra isə boğazını kəsib. Hadisə yerində keçinən qadının cəsədi bir müddət sonra hamamda aşkar edilib.

Aparılan ilkin əməliyyat-istintaq əməliyyat tədbirləri nəticəsində hadisədən bir müddət sonra Ayxan Zamanov saxlanılıb. (Bakupost.az)

pia.az