ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək

ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qatara və ya Küveytə yerləşdirəcək...
###reklam250###

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraqın müdafiə naziri Nəcah əş-Şamari “Al-Sumaria” telekanalına müsahibəsində bildirib.

“Suriyadan çıxarılan ABŞ hərbçiləri 4 həftə ərzində İraqı tərk edərək Küveytə və ya Qatara göndəriləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 23-də Pentaqonun başçısı Mark Esper elan edilmədən Bağdada səfər edib. O, İraqa səfəri zamanı baş nazir Adel Əbdül Mehdi və müdafiə naziri əş-Şamari ilə görüşüb.

pia.az