Maqnus Karlsen şahmat tarixində rekord müəyyənləşdirib

Dünya çempionu Maqnus Karlsen şahmat tarixində rekord müəyyənləşdirib...
###reklam250###

29 yaşlı norveçli qrossmeyster buna klassik şahmatdakı məğlubiyyətsiz oyunlar seriyasını 101-ə çatdırmaqla nail olub. 

Skandinaviyalı bu göstəricini Men adasında təşkil olunan beynəlxalq turnirdə rəsmiləşdirib. Son turda erməni Levon Aronyanla heç-heçə edən M. Karlsen mütləq rekordu gerçəkləşdirib. 

 Son məğlubiyyəti 2018-ci il iyulun 31-də qeydə alınan norveçli bu müddətdə 33 qələbə qazanıb, 68 heç-heçə edib. Bununla da çinli Din Lijen ardıcıl 100 oyunluq məğlubedilməz seriyası qüvvədən düşüb. Asiyalı 2017-ci il avqustun 10-dan 2018-ci il noyabrın 10-a qədər uduzmayıb. Din Lijeni 101-ci görüşdə fransalı Maksim Vaşye-Laqrav məğlub edib.(apa)

pia.az