Bakıda kişi tanışının boğazını kəsdi

Bakıda bıçaqlanma hadisəsi baş verib...
###reklam250###

Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Rayon sakini Şəfiyev Bəylər Xanlar oğlu boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə daxil olub. O, ilkin olaraq yıxılaraq xəsarət aldığını bildirib.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində B.Şəfiyevin yalan dediyi məlum olub. Müəyyən edilib ki, B.Şəfiyevi İsmayıl adlı tanışı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az