Klinton Trampın üslubunda parodiya məktubu nəşr edib – Foto

Klintonun “arxivlərdə tapdığı” məktub...
###reklam250###

ABŞ-ın Demokrat Partiyasının keçmiş prezidentliyə namizədi Hillari Klinton Amerikanın eks-prezidenti Con F.Kennedinin 1962-ci il Karib böhranı vaxtı Sov.İKP Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşova göndərdiyi iddia edilən komik məktubunu yayımlayıb.

Lenta.ru xəbər verir ki, müvafiq yazı “Twitter”də paylaşılıb.

Klintonun “arxivlərdə tapdığı” məktub mətnində Amerikanın tələblərinin yerinə yetirilməsinə dair çağırış var:

“Hörmətli Baş nazir Xruşşov. Axmaq olma, yaxşı? Raketlərinizi Kubadan yığışdırın. Hamı deyəcək: “Urra, Xruşşov, sən ən yaxşısan”. Ancaq bunu etməsən, hamı “necə əclafsan!” deyəcək və sənin ölkəni zibil ölkəsi “Sovet mozolu” adlandıracaq”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp da Suriya hadisələri ilə bağlı Türkiyə prezidentinə belə bir məktub göndərib. Türkiyə lideri isə məktubu zibil qabına atıb.

pia.az