2500-dən çox uşağa görə birdəfəlik müavinət təyin edildi

Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib...
###reklam250###

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, artıq on gündür ki, Nazirlik tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir.

Bunun üçün həmin valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayıb. Yəni doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra ƏƏSMN tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunub.

Birdəfəlik müavinət təyin edildikdən sonra bu barədə onlara sms-məlumat göndərilib.

pia.az