Fuad Qəhrəmanlının qızı aksiyada polis tərəfindən saxlanılıb - Video

Bu gün Bakıda keçirilən aksiyada Fuad Qəhrəmanlının qızı Sənay Yağmur polislər tərəfindən saxlanılıb...
###reklam250###

PİA.az xəbər verir ki, bu gün saat 15.00 radələrində Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə keçirilən aksiya zamanı AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlının qızı Sənay Yağmur polislər tərəfindən saxlanılıb. Polislər Sənay Yağmuru zor tətbiq edərək aksiya ərazisindən uzaqlaşdırmağa çalışıb. Yürüşdə Sənay Yağmurun anası Zümrüd Yağmur da iştirak edib və qızını polisin əlindən almağa çalışıb. 15 yaşlı aktivist qısa bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, 20 oktyabr 15:00 radələrində keçirilən “Dözmə, yürüş et!" aksiyasının məqsədi son günlərdə ardıcıl şəkildə baş verən qadın cinayətlərinə diqqət çəkmək xarakteri daşıyırdı. Yürüş iştirakçıları “Şiddətə susma!”, “Şiddətə dözmə!”, “Sən susma, şiddət sussun!” şüarlarını səsləndiriblər. Bütün müdaxilələrə baxmayaraq, aksiya baş tutub və yekun bəyanat səsləndirilib.

Sənay Yağmurun saxlanıldığı videonu təqdim edirik:

pia.az