Konqoda avtobus aşıb, 24 nəfər ölüb

Konqoda Mbanza-Nqunqu şəhəri yaxınlığında avtobus aşıb...
###reklam250###

Bu barədə “Actualite” nəşri məlumat yayıb.

Avtobusda 100-ə yaxın ticarətçi olub. Qəza nəticəsində ən azı 24 nəfər ölüb, yaralılar var.

Şahidlər avtobusun dağdan enərkən aşdığını və yanmağa başladığını bildiriblər. Qəzanın dəqiq səbəbi hələ məlum olmasa da, şahidlər hadisənin əyləc sistemindəki problemlə bağlı olduğunu söyləyiblər.

pia.az