Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

Kəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib...
###reklam250###

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb.

Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan edib. Bununla bərabər, hər iki tərəfdən yaralılar var.

Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Kəşmirin nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. İyulun sonunda isə Cammu və Kəşmirə əlavə 10 min hərbçi göndərilib. Pakistan avqustun 7-də Hindistanla diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.

pia.az