Dəhşətli hadisə : yük maşını tələbəni vurdu

Bakıda tələbəni yük avtomobili vurdu, vəziyyəti ağırdır...
###reklam250###

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Zil" markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Feyzullayeva Məlahət Qüdrət qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Məlumata görə, M.Feyzullayeva tələbədir. O, dərsdən çıxan zaman onu yük avtomobili vurub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

pia.az