Malayziyanın Baş naziri Azərbaycana gələcək

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək...
###reklam250###

Bu barədə "Report"a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək.

Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər naziri Sayfuddin Abdulla da yer alacaq.

pia.az