Malibuda “Barby” evi cəmi 100 manata kirayə veriləcək – Foto

Bu il məşhur “Barby” kuklasının 60 illik yubileyi qeyd olunur. Bu münasibətlə “Airbnb” ev kirayəsi agentliyi aksiya keçirir...
###reklam250###

Şirkətin “Instagram” səhifəsində “Barby” evinin kirayə verilməsi haqqında elan dərc olunub. Unikal ev Kaliforniyada Malibu çimərliyində yerləşir. Onun kirayəsi günə cəmi 60 dollara (100 manat) başa gələcək. Lakin kirayə yalnız 2 günlük nəzərdə tutulub – 27-29 oktyabr tarixlərində.

Evin kirayəsi 23 oktyabr Bakı vaxtı ilə 22:00-dan sonra mümkün olacaq, odur ki, “bron” düyməciyinə ilk basan insan bu gözəlliyə sahib çıxacaq.

Ev üçmərtəbəlidir və 4 qonaq üçün nəzərdə tutulub: içində 2 yataq və 2 vanna otağı var.(oxu.az)

pia.az