Mövlud Cavuşoğlu: “Barış bulağı” müvəqqəti olaraq dayandırıldı, şərtlərimiz qəbul olunacağı halda atəşkəs elan ediləcək”

“Barış bulağı” hərəkatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq...
###reklam250###

“Suriya ərazisində “Barış bulağı” hərəkatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terroristlər tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və və halda mövcud sanksiyalar da aradan qaldırlacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu fikirləri ABŞ-dan gələn heyətlə görüşdən sonra tərəflərin verdiyi qərarları açıqlayarkən bildirib.

Nazir bildirib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə balı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrln 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq: “Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terroristin qalmamasıdır və biz bu məqsədimizə nail oacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah, sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik”.

pia.az