Atatürkün evinə hücum edildi

Selanikdə Mustafa Kamal Atatürkün evinə hücum edilib...
###reklam250###

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy verib.

Aksoy bildirib ki, Yunanıstanda anarxist qruplar bu gün Selankdəki Türkiyə baş konsulluğun yerləşdiyi ərazidə Atatürk evi yaxınlığında aksiya keçirməyə cəhd ediblər.

O, qeyd edib ki, türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan "Atatürk Evi"nə zərər vura bilməyiblər: “Yunanıstan polisi anarxist qrupları konsulluğun həyətindən çıxarıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizi təhqir edənlərin cəzalandırılmasıdır”.

pia.az