Bu il Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı bəlli oldu - 1342 nəfər 

Dövlət Statistika Komitəsi xəbər verir...
###reklam250###

Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1342 nəfər qeydə alınıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınıb.

Miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.

pia.az