Ərdoğan və ABŞ-ın vitse-prezidenti arasında görüş başa çatıb - Yenilənib

Ərdoğan və ABŞ-ın vitse-prezidenti arasında görüş baş tutub...
###reklam250###

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, mətbuata qapalı olan 1 saat 40 dəqiqəlik görüşdə “Barış bulağı” hərəkatı çərçivəsində bundan sonra atılacaq addımlar, təhlükəsiz bölgə planı və ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bağlı müzakirələr aparılıb. İkitərəfli görüşdən sonra heyətlərarası görüş başlayıb. Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, ABŞ tərəfdən isə vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və Suriya üzrə təmsilçi Ceyms Cefri iştirak ediblər.

Görüş 40 dəqiqədir davam edir.

***

18:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş başa çatıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, mətbuata qapalı keçirilən görüş 1 saat 40 dəqiqə davam edib.

***

saat 17:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş başlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüş çərçivəsində Türkiyənin 9 oktyabrda başlatdığı “Barış bulağı” hərəkatı müzakirə olunacaq.

Görüşdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də iştirak edir.

pia.az