"Barış pınarı": Suriyada 611 terrorçu məhv edilib

"Barış pınarı" antiterror əməliyyatından xəbər var...
###reklam250###

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 611 terrorçusu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb. Qeyd olunub ki, 24 terrorçu təslim olub.

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

pia.az