Ağacın budaqları qırılıbdı, üç nəfər xəsarət aldı - Foto

Yasamal rayonunda bədbəxt hadisə baş verib...
###reklam250###

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.

Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib.

Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

pia.az