Antalyada turistləri daşıyan avtobus aşdı - Yaralılar var

Antalyada Kəmər-Qumluca avtomobil yolunda turistləri daşıyan avtobus qəzaya düşüb...
###reklam250###

PİA.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 34 sərnişindən 4-ü xəsarət alıb. Onlardan ikisi Rusiya vətəndaşıdır.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

pia.az