Bakıda itkin düşən iki nəfərin xarici ölkəyə getdikləri məlum olub

Bakıda itkin düşən iki şəxsin ölkə xaricinə getdikləri müəyyən olunub...
###reklam250###

Bir müddət əvvəl Sabunçu rayon sakini R.Hacıyevin və Xətai rayon sakini T.Əhmədovun yaxınları onların itkin düşməsi barədə hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən aparılan araşdırma zamanı həmin şəxslərin müxtəlif tarixlərdə Gürcüstana getmələri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az